Sumqayıt bələdiyyəsi novbəti layihəni başa çatdırıb
Sumqayıt bələdiyyəsi sosial yönümlü tədbirlər planını həyata keçirməkdə davam edir.
Belə ki, şəhər ərazisindəki "Beton Zavod" yaşayış massivinin Nigar Rəfibəyli küçəsində küçə işıqları quraşdırılıb.
Yüksək keyfiyyətli küçə işıqları ilə təmin edilmiş ərazidə hərəkət artıq gündüz olduğu kimi gecə də rahat və təhlükəsiz olacaq.
Qeyd edək ki, Sumqayıt bələdiyyəsinin bu tipli tədbirləri il ərzində davam etdiriləcək.
Sumqayıt bələdiyyəsi
Rəylər
0 Rəy